Belə hava udan hamilə qadınlarda düşük etmə riski 16 FAİZ ARTIR

  • 21 Dekabr, 2018
  • 4909 Baxış
Belə hava udan hamilə qadınlarda düşük etmə riski 16 FAİZ ARTIR

Hamilə qadın mütəmadi olaraq çirkli hava udarsa, bətnində olan uşağın düşməsi riski 16% artır.

Medicina.az xəbər verir ki, çirkli hava ilə düşük arasında olan əlaqəni alimlər təxminən 1300 qadın üzərində apardıqları müşahidələrə əsasən aşkarlayıblar. 

Orta hesabla insanlar çirki hava səbəbindən həyatlarının 2,6 ilini itirirlər. Bəzi yerlərdə isə bu rəqəm 8 ilədək artır. Çirkli hava bədənin hər bir hissəsi üçün təhlükəlidir. Əsasən də, bu amil ağciyər hüceyrələrinə pis təsir edir, ürəyə düşən yükü, anadangəlmə defektləri artırır, vaxtından əvvəl doğuşa səbəb olur. 

Yeri gəlmişkən, bəzən küçədə olan çirkli hava da təhlükəli hesab edilir. Bunun ən yaxşı çıxış yolu isə güclü filteri olan kondisionerlərdir. Bu zaman havada olan hissəciklər - zəhərli qazlar, tullantılar kondisioner tərəfindən tutularaq daha uyğun mikroklimat yaradır. Amma buna baxmayaraq 1-ci trimestrdə düşük ehtimalı yüksək olduğu üçün təmiz havada çox olmaq lazımdır.