Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hazır toz qəhvələr gözün qişasını məhv edir

  • 2025.07.18 18:28
  • 104 Baxış
Hazır toz qəhvələr gözün qişasını     məhv edir

Marketlərdə və bəzi kafelərdə hazır satılan toz qəhvələr əsl qəhvə içkisi deyil. Əgər hər gün bu qəhvədən içirsizsə, Çin alimlərinin gəldiyi nəticə sizi bu vərdişdən çəkindirəcək.


“Medicina” xəbər verir ki, Çin alimlərinin dünyanın ən böyük genetik arxivi Britaniya Biobankı əsasında apardıqları araşdırma 500 mindən çox insanı əhatə edib.


Araşdırma dünyanın ən məşhur içkilərindən biri – hazır qəhvənin görmə qabiliyyətinə ciddi təsir göstərdiyini sübut edib.

Belə ki, müntəzəm olaraq hazır qəhvə içən insanların DNT-lərində müəyyən zəiflik olduğu halda yaşa bağlı makula degenerasiyasının (AMD) inkişaf riski 700 dəfə artırmış.

Yaşla bağlı makula dejenerasiyası (YMD) 50 yaşdan yuxarı insanlarda görmə itkisinin səbəblərindən biridir. Xəstəlik tor qişanın mərkəzi hissəsinə təsir edir və insanın oxumasını, üzləri tanımasını və aydın görməsini çətinləşdirir.


AMD-nin iki forması var - quru və yaş. Birincisi daha çox yayılıb. Hazırda quru forma sağalmaz hesab edilir. İnsan ağrı və ya digər aşkar simptomlar olmadan da mərkəzi görmə qabiliyyətini itirmək riski daşıyır. AMD üçün risk faktorlarına 50 yaşdan yuxarı insanlar, irsiyyət, açıq dəri və göz rəngi, ağır uzaqgörənlik, siqaret və hipertoniya daxildir.

Tədqiqatçılar hazır qəhvənin niyə xəstəliyin inkişafına təsir etdiyi sualına qəti cavab verməyiblər. Bununla belə, hazırda bir neçə əsas versiya öyrənilir.


Hazır qəhvənin istehsal prosesində yüksək temperaturdan və zərərli birləşmələrin kimyəvi reagentlərindən istifadə edilir.


Bəzi markalarda daha çox akrilamid var, qaynatma zamanı əmələ gələn maddə bədəndə oksid stresi artırır.

Hazır qəhvə tor qişanın metabolizminə təsir göstərə bilər, xüsusən də göz xəstəliklərinə irsən genetik meyliniz varsa.

Əgər siz vaxtaşırı hazır qəhvə içirsinizsə, bu, hökm deyil. Ancaq ailənizdə yaşla əlaqədar görmə itkisi, xüsusən də makula degenerasiyası varsa, qəhvə vərdişinizi oftalmoloqla müzakirə etməyə dəyər.

Bundan əlavə, hazır qəhvənin miqdarını azaltmaq və mümkünsə, üyüdülmüş təbii dəmlənmə qəhvəyə keçmək yaxşı olardı.


Aygün Musayeva