“İndi də məni öldürmək istəyirsiniz?” - Zeynəb Xanlarova

  • 2017.11.01 13:14
  • 17542 Baxış
“İndi də məni öldürmək istəyirsiniz?” -  Zeynəb Xanlarova
Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova mətbuatda səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.


Medicina.az xəbər verir ki, o, modern.az-a açıqlamasında informasiyanın yalan olduğunu deyib: "Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Mən məgər insan deyiləm? Bir ay olmadım burda, xaricdəydim. Mənim konsertlərim olacaq. İzmir, Ankara, İstanbulda konsert verəcəm. Mən bunlarla məşğul oluram. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb biri-birinə. Kimlərsə söz-söhbət düzəldiblər ki, Zeynəb Xanlarova xəstədir. Mətbuat niyə belə edir, axı? Nə olub, indi hamını öldürə-öldürə gedirsiniz. İndi də Zeynəb Xanlarovanı öldürmək istəyirsiniz?..