İTV-nin redaktoru koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

  • 2020.07.22 14:32
  • 3956 Baxış
İTV-nin redaktoru koronavirusa yoluxdu   - Vəziyyəti ağırdır
İctimai Televiziyanın daha bir əməkdaşı koronavirusa yoluxub.

Medicina.az-ın məlumatına görə, İctimai televiziya və Radio Yayımları Şirkətinin İnformasiya Departamentində böyük redaktor olan Əfqan Fəqanoğlunun COVİD-19 testi pozitiv çıxıb. Bu barədə onun həmkarları məlumat veriblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, Əmrah Fəqanoğlunun durumu təəssüf ki, çox pisləşib. "Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Uzun illər birgə çalışdığı həmkarları, tələbə yoldaşları ilə əlaqə saxladım, hamı vəziyyəti bilir və dua edir. Əlimizdən başqa heç nə gəlmir".

Xatırladaq ki, Ə.Fəqanoğlu daha öncə Əmək və Əhalinin Sosil Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Neft Şirkətinin (ARDNŞ) Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi vəzifəsində çalışıb.