Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Könül Xasıyevanın səhhəti yenidən pisləşib

  • 2017.12.20 13:33
  • 12056 Baxış
Könül Xasıyevanın səhhəti yenidən pisləşib

Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın səhhəti yenidən pisləşib. O, yaxın günlərdə xəstəxanaya yerləşdiriləcək.



Medicina.az xəbər verir ki, bu barədə AzVision.az-a xalq artisti özü məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını deyib.



"Bir müddət ağrılarım səngimişdi. Ayaqlarımda və belimdə yenidən ağrılar baş qaldırıb. Ağrılar o qədər şiddətlənib ki, evdə qala bilmirəm, xəstəxanaya yerləşdiriləcəyəm".



Xalq artisti maddi durumunun da yaxşı olmadığını söyləyib: "İşləmirəm, gəlirim yoxdur. Məni bütün hallarda sağlamlığım maraqlandırır. Qalanları boş şeydir. İndi bacılarım yanımda qalır. Onlar mənə qulluq edirlər”.



Qeyd edək ki, xanəndə uzun müddətdir onurğa iflicindən əziyyət çəkir.