Tovuzda ağır qəza - 3 yaralıdan birinin vəziyyəti kritikdir

  • 2019.08.29 09:57
  • 5214 Baxış
Tovuzda ağır qəza -  3 yaralıdan birinin vəziyyəti kritikdir
 Tovuzda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Tovuz-Qovlar yolunun rayonun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb. Medicina.az-ın məlumatına görə, yaralılardan, 21 yaşlı oğlanın vəziyyəti ağır kritikdir.

 

Ona döş qəfəsinin əzilməsi, sol aşağı və yuxarı ətrafların sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Digər iki nəfər isə travmatologiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.