Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ofis işçisi olan kişilərdə ən çox müşahidə edilən xəstəliklər - SİYAHI

  • 2024.07.25 19:33
  • 1246 Baxış
Ofis işçisi olan kişilərdə ən çox müşahidə edilən xəstəliklər -  SİYAHI
Kompüterdə uzun müddət işləməyi tələb edən ofis işləri müxtəlif sağlamlıq problemlərinin inkişafına səbəb olur.

Məsələn, kişi ofis işçiləri arasında ən çox görülən xəstəliklər arasında prostatit və varikosel öndə gedir.

Medicina.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya uroloq-androloq Anton Odeqnal danışıb.

O, oturaq həyat tərzi keçirməyə məcbur olan kişilərin hansı xəstəliklərlə bağlı daha çox risk altında olduqlarını açıqlayıb.

Həkimin sözlərinə görə, kişilərdə ofis xəstəlikləri arasında lider prostatit və varikosel xəstəlikləridir. Üçüncü yerdə isə prostat adenoması gəlir.

“Hərəkətsizlik prostatın inkişafı üçün əsas risk faktorlarından biridir. Uzun müddətli oturaq iş ümumiyyətlə çanaq nahiyəsində, xüsusən də prostat vəzində qan dövranının pisləşməsinə və qanın durğunluğuna səbəb olur.
Zamanla bu, prostatda bakterial infeksiya ilə müşayiət olunan iltihablı proseslərin görünüşünə səbəb ola bilər.
Prostatit belə inkişaf edir”, - uroloq-androloq deyib.

Mütəxəssis əlavə edib ki, xəstələrin əksəriyyəti prostatın ağır forması ilə uroloqa müraciət edirlər:

“Bu, özünü ağır simptomlarda - tez-tez sidiyə getmə, xaya nahiyəsində ağrı və ereksiyanın azalması ilə göstərir”.

Prostatitin qarşısını almaq üçün həkim kişilərə həm ofisdə işləyərkən, həm də ondan sonra daha tez-tez hərəkət etmək imkanları tapmağı, həmçinin qida rasionuna nəzarət etməyi tövsiyə edib.

“Onsuz da oturaq həyat tərzi və "fast-food"dan sui-istifadə bir çox xəstəliklərə səbəb olur, prostatit də istisna deyil”, - deyə həkim diqqətə çatdırıb.

O qeyd edib ki, prostatitlə yanaşı, oturaq həyat tərzi ilə çanaqda venoz tıxanıqlıq kişilərdə başqa bir ümumi xəstəlik - varikoselin inkişaf şansını artırır.

“Bu, qasıq nahiyəsində ağrı, xayanın ölçüsünün azalması ilə xayanın şişməsi və asimmetriyası kimi əlamətlərlə özünü göstərir. Varikosel təkcə fiziki narahatlıq deyil, sonradan müxtəlif fəsadlara, o cümlədən spermatogenez prosesinin pozulmasına və əsas kişi hormonu olan testosteronun istehsalının azalmasına səbəb ola biləcək ciddi xəstəlikdir. Bu isə bilavasitə kişi sonsuzluğu ilə əlaqələnir”, - mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, varikoselin mürəkkəb halları cərrahi yolla uğurla müalicə edilə bilər.

“Nəhayət, oturaq həyat tərzi başqa bir kifayət qədər yayılmış kişi xəstəliyi - prostat adenoması ilə əlaqələndirilir. Qan və limfa durğunluğu prostat vəzində oksigen aclığına və nəticədə xəstəliyin inkişafına səbəb ola bilər. Prostat adenomasının ən uğurlu müalicə variantı cərrahi əməliyyatdır. Əməliyyat orqanın bütün həyati funksiyalarını qoruyaraq, az travmatik şəkildə böyümüş prostat toxumasını çıxarmağa imkan verir”, - deyə həkim vurğulayıb.


Aysel