Pandemiyadan sonra aktivləşəcək 6 infeksiya- Dərmanlar təsir etməyək

  • 13 Yan 2021 19:54
  • 1608 Baxış
Pandemiyadan sonra aktivləşəcək 6 infeksiya - Dərmanlar təsir etməyək


Koronavirus pandemiyası dövründə Yer kürəsi əhalisinin həddindən artıq çox anbiotik istifadə etməsi pandemiyadan sonra bakterial infeksiyaların güclənib, hətta antibiotiklərlə müalicə olunmayacaq həddə gələcək.


"Medicina.az"xəbər verir ki, təhlükəli bakteriyaları müalicə edən dərmanlar effektsiz olacaq, insanlar adi infeksiyadan, irindən belə ölümlə üz-üzə qalacaq.

Yaxın gələcəkdə təhlükəli həddə çatacaq və müalicəsi çətin olacaq infeksiyalar:

Pnevmoniya - Streptococcus pneumoniae bakteryası tərəfindən törədilir.
Pnevmokokka qarşı peyvənd var.

Meningit - Neisseria meningitidis, tərəfinfən yaranır.

Beynin qişasının iltihabına səbəb olur. Qana düşdükdə sepsis və ölüm baş verir.

Bu bakteriya xəstə insandan ağız suyu, tüpürcək, hətta öpüşlə də keçir.
Meninqokokkdan peyvənd var. Çalışın yad adamlarla öpüşməyin. Başqasının gigiyena vasitələrindən istifadə etməyin.

QONOREYA - Neisseria gonorrhea bakteriyasından yaranır.

Cinsiyyət orqanlarında yayılır. Cinsi yolla keçir. Mülaicə olunmasa sonsuzluq, iltihab, ürək və oynaqlarda problem yaradır.

Vaksini yoxdur. Yeganə yol cinsi münasibət zamanı qorunmaq və təsadüfi partnyorlardan uzaq durmaqdır.

SİFİLİS - Treponema pallidum bakteriyasıdır.

Beyin, ürək, daxili orqanları zədələyir. İntim əlaqə ilə ötürülür.
Vaksini yoxdur. Lateks prezervativlərlə qorunmaq lazımdır.

Göy öskürək, inaq Bordetella pertussis törədicisidir.

Körpələrdə çox yayılır, pnevmoniya ilə nəticələnir.
Ağız suyu. hava damcı ilə yayılır
Peyvəndi var, hər 10 ildən bir yenilənməlidir.


İshal, kolit - Clostridium difficile bakteriyasından yaranır

Adi qarın ağrısı, diareya kimi yanaşılsa da, əslində ciddi bakterial infeksiyadır.
Antibiotiklə müalicə olunan xəstələrdə ciddi bağırsaq pozulmalarına səbəb ola bilər.


Çirkli əllərdən, tualetdən, su ilə, nəcislə keçir. Yaxşı yuyulmamış qidalardan da keçir.


Vaksini yoxdur. Yalnız ciddi gigiyena, təmizlik, immuniteti möhkəmlətmək, lazımsız antibiotiklərdən uzaq durmaqla qoruna bilərsiz

Bu gedişat göstərir ki, tibb bu yaxınlarda ya daha yeni, effektiv antibiotiklər icad etməli, ya da təkcə viruslar yox, bakteriyalara qarşı da peyvəndlər kəşf edib, əhalini peyvəndləməlidirlər.