Bakıda onlarla kişinin başında uğursuz saç əkən həkim Tiflisə “qaçdı” – İndi xəstələri ora çağırır- FOTO

  • 28 Sentyabr, 2019
  • 6646 Baxış
Bakıda onlarla kişinin başında uğursuz saç əkən həkim Tiflisə “qaçdı” – İndi xəstələri ora çağırır- FOTO
Bakıda bir müddət Hair Clinik adlı saç əkmə mərkəzi açıb, 1500 manata limitsiz tük əkimi təklif edib, dazlaşma kompleksi yaşayan kişiləri əməliyyat edən saç  transplantı Rəşad Əliyev bir neçə pasiyent tərəfindən məhkəməyə veriləcəyini görüb, Gürcüstana gedib. 

Medicina.az xəbər verir ki, işlədiyi klinikalarda sadəcə əməliyyatxananı kirələyən, heç bir müqaviləsi olmayan, qısa müddətdə bir neçə xəstəxana dəyişən həkim barədə onlarla  pasiyent şikayət edib. Belə ki, limitsiz desə də, başa az tük əkdiyi üçün tüklərin tutmaması, başda keçəlliyin elə həminki vəziyyətdə qalması, həkimin xəstələrlə görüşdən qaçması və çəkilən xərci  geri qaytarmaq istəməməsi barədə  yazmışdıq. 

Saytımıza sonuncu açıqlamasında da həkim indi heç bir klinikada işləmədiyini və Gürcüstanda olduğunu bildirmişdi.

Medicina.az-a daxil olan yeni məlumata görə, həkimi yerdə, göydə axtaran pasiyentlər indi də onun Tiflisdə saç əkimi ilə məşğul olması və elanlar verməsindən xəbər tutublar. 
 


Belə ki, o, bu dəfə yol pulu, otel xərci də daxil olmaqla 1000 dollara saç əkimi vəd edir. Bunun üçün xəstə Gürcüstana getməlidir. 
Şikayətçilər bu həkim tərəfindən aldadıldıqlarını əsas gətirərək, digər insanları bu vədlərə inanmamağa çağırır.

Daha bir məqam odur ki, başda kiçik də olsa cərrahi əməliyyatla məşğul olan Rəşad Əliyev Azərbaycan Tibb Universitetini bitirməyib. O, sənədlərdə də Gürcüstan vətəndaşıdır.