Plastik əməliyyat etdirən jurnalist komaya düşdü - FOTO

  • 2023.02.25 13:52
  • 5293 Baxış
Plastik əməliyyat etdirən  jurnalist komaya düşdü - FOTO
Tanınmış jurnalist Samirə Səfərəliyeva əməliyyat zamanı komaya düşüb.


Medicina.az –ın məlumatına görə, jurnalist “Kəpəz hospital”ında plastik cərrah Səkinə Xudiyeva tərəfindən 3 əməliyyat olunub.


Liposaksiya və öd daşı əməliyyatı zamanı S.Səfərəliyevanın vəziyyət pisləşib və o, komaya düşüb. Buna həkim səhlənkarlığının səbəb olduğu bildirilir.


Hazırda komadan ayılan S.Səfərəliyevanın vəziyyəti qənaətbəxşdir. Jurnalistin müalicəsi daha bir müddət davam etdiriləcək.


Qeyd edək ki, S. Səfərəliyeva ANS-in baş redaktoru vəzifəsində çalışıb. Hazırda o, Real TV-də layihələr üzrə direktordur.

***

Plastik cərrah Səkinə Xudiyevanın vəkili Anar Ramazanov Medicina.az-a bildirib ki, xəstənin komaya düşməsi xəbəri həqiqəti əks etdirmir.



Aygün Musayeva
BakuPost