Hepatik ensefalopatiya ağır qaraciyər xəstəlikləri zamanı yaranan və beyin fəaliyyətinə təsir edən ciddi vəziyyətdir.
Medicina.az xəbər verir ki, bu zaman xəstələrdə çaşqınlıq, yaddaş və diqqət problemləri, halsızlıq, ağır hallarda isə koma müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, infeksiya, susuzlaşma, qəbizlik, bəzi dərmanlar və düzgün qidalanmama xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.
Düzgün müalicə, qidalanma və həkim nəzarəti xəstəliyin təkrarlanma riskini azaltmağa kömək edir.
Xanım,
Medicina.az