Qulağın içində yaranan qaşınma hissi narahatlıq yaratsa da, əksər hallarda ciddi xəstəlik əlaməti olmur.
Medicina.az xəbər verir ki, bu vəziyyət müxtəlif səbəblərdən yarana bilər.
Qulaqcıq və eşitmə cihazlarının uzun müddət istifadəsi, qulaq çöpü ilə həddindən artıq təmizləmə, dəri problemləri, allergiya, infeksiyalar və qulaq kirinin çoxalması qaşınmaya səbəb ola bilər.
Mütəxəssislər qulaq kanalını tez-tez təmizləməməyi, qulağa yad əşyalar salmamağı və quruluq olduqda xüsusi qulaq damcılarından istifadə etməyi tövsiyə edirlər.
Qulaq qaşınması ilə yanaşı ağrı, axıntı, eşitmədə dəyişiklik, qulaqda küy və ya başgicəllənmə yaranarsa, həkimə müraciət etmək məsləhətdir.
Xanım,
Medicina.az