Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Rasim Balayev səhhətindən danışdı

  • 2017.12.22 12:42
  • 13506 Baxış
Rasim Balayev səhhətindən danışdı

Xalq artisti Rasim Balayevin səhhətində irəliləyiş var.



Medicina.az-ın xəbərinə görə, bu barədə Report-a açıqlamasında xalq artisti özü məlumat verib.



O bildirib ki, artıq müalicələr nəticəsini göstərməyə başlayıb. Xalq artistinin sözlərinə görə, İsraildən gələn ortoped həkim, onun belində olan ağrıları müayinə etdikdən sonra müəyyən tapşırıqlar verib: 



"Həkim təxminən 10 gün qabaq gəlmişdi. Mənə bəzi hərəkətlər etməyimi və hər gün gəzməyimi tapşırdı. Müalicəm gedir, özümü yaxşı hiss edirəm. Həmin həkim 3-4 aydan bir Bakıya gəlir. Yenidən gəldikdə müayinə üçün mənə xəbər edəcəklər".



Rasim Balayev Türkiyədən gələn nevropotoloqun müalicəsindən sonra səhhətində müsbət yöndə dəyişikliklərin olduğunu deyib: 



"Əvvəlkinə nisbətən daha yaxşıyam. Müalicəm isə davam edir".



Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var. Xalq artistinin müalicə xərclərini dövlət ödəyir.