İntim əlaqə zamanı baş ağrısının səbəbləri – Orqazmik sefalgiya nədir?

  • 29 Apr 2019 15:33
  • 24498 Baxış
İntim əlaqə zamanı baş ağrısının səbəbləri –  Orqazmik sefalgiya nədir?
Yəqin çox kişilər qadınların intim münasibətdən imtina etmək üçün "başım ağrıyır, bu gün yox” sözünü çox xatırlayır. Bu sözə indi çoxları inanmayıb zarafata çevirsə də, alimlər işin ciddi olduğunu bildirir. Həqiqətən də elə tip insanlar var ki, intim münasibətdən sonra başı ağrıyır, tibbdə buna Koital sefalgiya” deyilir. 


Medicina.az xəbər verir ki, bu tip baş ağrıları həm intim münasibət zamanı, həm sonra, həm də əvvəldən başlaya bilər. 


Əgər qadınlarda bu tip baş ağrısı öncədən özünü büruzə verirsə və ya qadınlar əlaqədən sonra başının ağrıyacağını bildiyindən, əvvəldən tədbirli davranıb imtina edirsə, kişilərdə bu ağrılar şiddətli şəkildə intim aktın sonunda baş verir. 


Çox kişilər bunu orqazmla bağlayaraq, sinir və əzələlərinin çox sıxılması ilə əlaqələndirir. Baş ağrısı zamanı sanki çəkiclə başın ön və arxa tərəfinə zərbə endirilmiş kimi hiss olur.


Səbəbləri:


-Həddən artıq bədən gərginliyi, fiziki işə bərabər enerjinin xərclənməsi

-Boyunda, onurğada problemlərin olması

-Stress, həyəcan

-Genetik

-Ürək-damar problemləri


Bu baş ağrıları bir neçə dəqiqədən bir neçə saata kimi davam edə bilər. 


Xoşxəssali baş ağrılarının bəzən ciddi, alt səbəbləri də olur. Bunun üçün vaxtında müayinə olunmaq lazımdır. Çünki bəzən baş beyində olan şişlər də cinsi əlaqə zamanı kəskin baş ağrı verir. 


Diaqnostika


Kompüter tomoqrafiyası ilə orqanik səbəblər istisna olunmalıdır. 


Bu baş ağrısının 3 tutma növü var: qəfil,kəskin növü 70% xəstələrdə rast gəlinir. Baş ağrısı əlaqədən öncə və əlaqə vaxtı başlayır. 


Orta kəskin növü 25% hallarda orqazm halında intensivlik zamanı başlayır və finala doğru kəskinləşir. Küt, kəsici ağrı olub, başın arxasını əhatə edir. Ürəkbulanma, qusma verə bilər. 


Postural ağrı: daha çox yayılıb, cinsi əlaqədən sonra, hətta bir neçə saat sonra başlayır. Uzanan vəziyyətdə ağrı bir az səngiyir. 


Əsas səbəbi onurğa beyin mayesinin kəllədən onurğa beyninə geri axmasıdır. 


ABŞ Nevrologiya İnstitutunun eksperti Xose Biller bildirir ki, çox zaman insanlar cinsi əlaqə zamanı başlanan bu ağrılardan həkimə şikayət edərkən utandıqlarından səbəbi demir, gizlədir, bu da ağrının növünü dəqiqləşdirməkdə çətinlik yaradır. 


Çox zaman kəskin baş ağrısı həm insanın özünü, həm də yataq partnyorunu qorxudur, insana komplekslər yaşadır. Qarşı tərəf özünü günahkar bilir. 

Kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinən koital baş ağrısı kişilərin ürək-damar sisteminin daha çox gərginlik keçirməsi ilə bağlıdır.

Əgər bir insanda miqren varsa, o zaman intim əlaqə baş ağrılarının inkişafı da gözləniləndir.


Əgər bu hal sizdə ilk dəfə, qəfildən kəskin baş veribsə, nevroloq və kardioloq müayinəsindən keçin. Əks təqdirdə, çox zaman kişilərdə rast gəlinən intim əlaqədan dərhal sonra infarkt, insult və anevrizma ilə ölüm qaçılmazdır.

 


İntim əlaqə zamanı baş ağrısının səbəbləri –  Orqazmik sefalgiya nədir?
İntim əlaqə zamanı baş ağrısının səbəbləri –  Orqazmik sefalgiya nədir?