- Qripin dərmanı olan bitki 2 dəfə bahalaşdıSoyuqlar düşdü

  • 2017.10.31 17:49
  • 23783 Baxış
 - Qripin dərmanı olan bitki 2 dəfə bahalaşdı Soyuqlar düşdü

1 kiloqram zəncəfil 1 kiloqram ətin qiymətinədir




Soyuq havalarda insanların daha çox istifadə etdiyi zəncəfil bitkisinin qiyməti 2 dəfə artıb.




Medicina.az xəbər verir ki, hazırda marketlərdə zəncəfilin 1 kiloqramı 11 manata satılır. 




Məlumat üçün bildirək ki, bir neçə ay əvvəl 5.90 manata satılan zəncəfil sonradan 8.50 manata kimi bahalaşdırıldı. Soyuq havalar başlayandan isə bitkinin qiyməti 10.95 AZN-ə çatıb.




Zəncəfilin hansı səbəbdən bahalaşdırıldığı məlum deyil. 




Rusiyada eyni məhsulun kiloqramı 180-250 rubl (5-7 manat) olduğu halda, zəncəfil Azərbaycanda 2 dəfə baha satılır. Satışda olan zəncəfilin Çin istehsalı məhsul olduğu da güman edilir. 



Aygün