Telefon vasitəsilə boğazındakı xərçəngi aşkar etdi

  • 2017.10.30 14:36
  • 12307 Baxış
Telefon vasitəsilə boğazındakı xərçəngi aşkar etdi
ABŞ-da yaşayan bir damar cərrahı Ayfon cihazlarıyla əlaqəli işləyən mobil ultrasəs vasitəsilə boğazında xərçəng aşkarlayıb.

 

Medicina.az publika.az-a istinadən xəbər verir ki, o, elektrikli təraş aparatına bənzəyən "Butterfly İQ” adlı cihazla buna nail olub.

Cihazı boğazında hərəkət etdirən həkim 3 sm-lik şişi Ayfona düşən görüntülər sayəsində müəyyən edib. Cihaz yaxın vaxtlarda ABŞ-da 1999 dollara satışa çıxarılacaq.