Ürək nevrozu necə olur? – Panik –atakdan fərqi

  • 2023.02.27 15:38
  • 3701 Baxış
Ürək nevrozu necə olur?  – Panik –atakdan fərqi

Ürək çox həssas orqandır. İstənilən stress ürəyin fəaliyyətinə təsir edir. Bu zaman ürək döyünməsi artır, ürəyin ritmi dəyişilir.

“Medicina” xəbər verir ki, psixoloq Lamiyə Tahirova ürək nevrozunun inkşafından danışıb.

“ Ürək nevrozu ümumi nevrozun fonunda inkşaf edir. Nevrozun səbəbi xroniki stressdir. Stress - orqanizmin təbii müdafiə reaksiyasıdır.


Stress zamanı qan dövranı sürətlənir və ürək döyünmə artır. Orqanizm qaçmağa və özünü müdafiə etməyə hazır olur. Belə vəziyyətdə ürək yüklənməyə məruz qalır.

Bu hal tez – tez təkrarlanarsa artıq ürək həddindən artıq yüklənir. Ürək fəaliyyətində pozulmalar başlayır. Bu pozulmalar ölüm qorxusu, güclü həyəcan, təşvişlə müşayət olunur. Bu da ürək nevrozu (kardiofobya) xəstəliyinin simptomlarıdır”.

Ürək nevrozu tez daha çox cavanlar və klimaks dövründə olan qadınlarda (hormonal fonun dəyişməsinə görə müşahidə olunur. Bu daha geniş yayılmış pozulmadır.

Həkim əlavə etdi ki, ürək nevrozu özünü müxtəlif simptomlarda biruzə verir, nəticə isə eynidir. Tutma zamanı insan özünü pis hiss edir,ürək nahiyyəsində güclü ağrılar olur. Simptomlardan isə tezləşmiş ürək döyüntüsü, arterial təzyiqin artması, ürək nahiyyəsində kəskin sızıldayan ağrılar , nəfəsalmanın çətinləşməsi, tərləmənin artması, yuxu pozulması, ətrafın keyiməsi, zəyiflik, ürək fəaliyyətində pozulmalar, baş gicəllənməsi və. s göstərmək olar.


Lakin bəzən tutmalar səbəbsiz də ola bilir. Tutma bir neçə dəqiqədən bir neçə saata kimi davam edə bilər. Əsas müalicə üsulu dərmanlarla yanaşı psixoterapevtik müalicədir. Xəstə idmanla məşğul olmalı və sağlam həyat tərzi keçirtməlidir.

Günay Quliyeva