ÜST pandemiya ilə bağlı bu həftə qərar verəcək

  • 2023.01.25 17:40
  • 1728 Baxış
ÜST pandemiya ilə bağlı bu həftə qərar verəcək
Ümumdünya Səhiyyə Təşkilatı bu həftə COVİD-19 virusunun qlobal pandemiya olaraq qalıb-qalmayacağına qərar verəcək.

"Medicina" xəbər verir ki, bu barədə Tedros Adanom Qebreyesus deyib.

"Bu həftə COVİD-19 Fövqəladə Komitəsi mövcud vəziyyətin təhlükəli olub-olmadığını müzakirə etmək üçün yığışacaq".

Qebreyesus əlavə edib ki, o, komitənin hansı qərarı verəcəyini təxmin etmir. Onun sözlərinə görə, koviddən ölənlərin sayının artması onu narahat etməyə davam edir, həmçinin bir çox ölkələrdə yoluxma ilə bağlı vəziyyət gərgin olaraq qalır.