Vaksindən sonra da başqa infeksiyalar olacaq, bəs biz nə etməliyik? – Hemeopat həkimdən çıxış yolu

  • 2021.01.07 15:43
  • 7395 Baxış
Vaksindən sonra da başqa infeksiyalar olacaq, bəs biz nə etməliyik?  – Hemeopat həkimdən çıxış yolu


İngiltərədə koronavirusun yeni ştammlarının tapılması haqqında məlumatlar yayıldı.

Dünyanın bütün ölkələrində vaksinasiyaya hazırlaşdığı dövrdə bu məlumat insanları bir daha vaksinasiya etdirib etdirməyəcəkləri haqqında
fikirləşməyə vadar edir. Qabaqcadan deyim ki, nə qədər təkrar yoluxmalar haqqında məlumatlar olsa da çox güman ki, mən özüm vaksinasiya etdirəcəm. Amma indi söhbət bu vaksindən getməyəcək.

Medicina.az xəbər verir ki, tanınmış hemeopat həkim nevroloq Mirzə Qaraşov onlarla koronavirus xəstəsini ağır virus dərmanları və antibiotiklər olmadan sadəcə hemeopatik dərmanlarla müalicə edib. O, təcrübələrinə əsasən bildirir ki, vaksinlə yanaşı infeksion xəstəliklərdə düzgün müalicə dərmanlarına həmişə tələbat olacaq.



“2001 - 2003 cü illərdə orduda atipik pnevmoniyalı xəstələrlə özü də nəzərinizə çatdırım ki, çox dözülməz bir vəziyyətdə işləyən bir həkim kimi bu infeksiyanın heç də uzun müddət davam etməyəcəyini fikirləşirdim. Amma bu pandemiyadan sonra başqa pandemiyalar olmayacaqmı? Bəşəriyyət Covidə qarşı vaksin tapmaqla hansı müddətə növbəti pandemiyanı gözləyəcək? Mən yenə də o fikirdəyəm ki, bəşəriyyət infeksion xəstəliyi müalicə etməyin yollarını axtarmaqdan daha çox ona necə yoluxmamağın yollarını axtarmalı idi.
Vaksin xəstəliyə yoluxmamanın ən yaxşı yoludur. Amma vaksin həmişə pandemiyalardan sonra kəşf edilir.


Deməli orqanizmi elə hazırlamaq lazımdır ki, insan orqanizmi istənilən mikroba qarşı,elə onun fərqli ştamlarına qarşı özü mübarizə apara bilsin. Mən hələ 2014 cü ildə Ebola virusunun at oynatdığı vaxtda Kvant terapiyasının xüsusi seansları haqqında yazmışdım. O zaman Ebola bizə gəlib çatmadı. Amma Covid bizə gəlib çatdı.


Bu xəstələrin müalicəsində yenə də Kvant terapiyası və homotoksikolji preparatların digər preparatlarla birgə istifadəsindən yazdım. Bu preparatlar içərisində ən çox ümid bəslədiyim Carbo vegetablis injell idi.Ən ağır xəstələrdə çox məmnuniyyətlə istifadə edərdim.Carbo vegetablis inyell ən üzülmüş, bəlğəmi gətirə bilməyən xəstələrdə, vegetativ krizlərlə gedən xəstələrdə çox yaxşı effekt verir. Təəssüf ki, bu preparatdan istifadə olunmadı. İnanırdım ki , yalnız Carbo vegetablis injell istifadəsi ölüm hallarının qabağını iki dəfəyə qədər azalda bilərdi.


Kritik vəziyyətlərdə daha çox ümidverən preparat kimi ən çox təriflənən preparat Carbo vegetablis injell dir. Ümumiyyətlə homeopatilk preparatların bəzən o qədər möcüzə kimi görünən təsirləri olur ki. Bu yaxınlarda bir həkim yoldaşım ağır vəziyyətdə müalicə alan qardaşına TRAUMEEL və Lymphomyosotun istifadəsindən danışmışdı.Son anda bu preparatlar haqqında çoxsaylı paylaşmalarımdan sonra homeopatiyanı hər nə qədər PLASEBO saysa da, son ümid kimi bu iki preparatdan istifadə etmişdi. Nəticə çox gözəl olmuşdu. Xəstə iki gün sonra evə yazılmışdı. Lakin həkim dostum bir xəstə üzərində effekti sübut kimi saymır. Əlbəttə düz də edir. Amma birinci xəstə üzərində effekt sonrakı istifadəyə daha çox ümid verir. Həmən xəstədə pnevmoniya sahəsi az idi. Amma sonradan Sinus düyünün zəifliyi sindromu inkişaf etmişdi.


Görünür Traumeel məhz ürək patalogiyasına daha çox müsbət təsir göstərmişdir. Həkim dostum bundan sonra Covidli xəstələrdə bu preparatlardan geniş istifadə edəcəyini dedi. Əgər dediklərim başqa xəstələr üzərində də effekt verəcəksə, mənim fikirlərimə qoşulacağını dedi. Amma tədqiqat aparmağa vaxt lazımdır. Bu müddətə çoxsaylı xəstələri itirməkdə davam edirik. Məncə TƏBİB fərqli fikirdə olan hər bir həkimi masa arxasına dəvət etməlidir. Bir preparata PLASEBO deyilirsə, onun tətbiq edilməsi niyə çətin olsun ki?”

Aygün Musayeva
Medicina.az