Oynaqdakı iltihab bel və ayaqlarına ağrı verirdi – Radiofrekansla 10 dəqiqəyə müalicə

  • 23 May, 2019
  • 7121 Baxış
Oynaqdakı iltihab bel və ayaqlarına ağrı verirdi – Radiofrekansla 10 dəqiqəyə müalicə
Bel ağrılarının müxtəlif səbəblərindən biri də iltihabdır. 20% hallarda oma-qalça oynağında olan iltihabdan ağrılar belin aşağı hissəsi və budun arxa səthinə yayılaraq, düz dizaltı büküşə qədər yayılır.

Xəstə çox zaman ağrının hardan qaynaqlandığını bilməyərək, gah onurğa, gah bel, gah ayaqdan şübhələnir. Belə ağrılarda xaricdən nəsə çəkmək effektsiz olur.

Medicina.az xəbər verir ki, oynaq iltihabının belə geniş sahəli ağrısından əziyyət çəkən gənc qadın ağrılardan işə belə gedə bilmirdi.
Ağrı Mərkəzində bu pasiyentə spondiloaptropatiya diaqnozu qoyularaq, qalça oynağında iltihab aşkarlandı. İnvaziv ağrı  mütəxəssisi Zülfüqar Yusifov diaqnozu təsdiqlədikdən sonra, ultrasəs kontrolu altında oynağa xüsusi inyeksiya edərək və radiofrekans proseduru tətbiq etməklə xəstəni ağrıdan azad etdi.

Pasiyent tək inyeksiyadan sonra ağrılarını unudaraq işlərinə davam etdi. 

Həkim qeyd etdi ki, bu ağrılar  revmatik xəstəliklər zamanı da olur. Bu zaman da radiofrekans metodu tətbiq edirik.
 
Həkimlə əlaqə: 
050 346 47 72 

Prosedurdan videonu təqdim edirik: