Bronxial astma nədir? - Səbəbləri, bioloji müalicəsi

  • 2019.09.06 19:47
  • 11201 Baxış
Bronxial astma nədir? -  Səbəbləri, bioloji müalicəsi

-  Döş qəfəsində bir neçə dəfə xırıltılar olubmu?

-  Gecə saatlarında yatandan sonra öskürək sizi oyadırmı?

-  Fiziki gərginlikdən və ya müxtəlif ekzoallergenlərlə təmasdan sonra tutmaşəkilli öskürək, təngnəfəslik tutmaları olurmu?

-  Banal soyuqdəymədən sonra öskürək 10 gündən artıq davam edirmi?


Bu simptomlar bronxial astmanın əlamətləri ola bilər!



Medicina.az xəbər verir ki, Bronxial astma bronxların xroniki allergik iltihabi prosesidir, bu iltihabi proses nəticəsində  hiperreaktivlik yaranır. Hiperreaktivlik fonunda xəstədə təkrar - təkrar fitverici xırıltılar, təngnəfəslik, döş qəfəsində ağırlıq hissi və quru öskürək (gecə saat 4-5 də və ya səhərə yaxın) olur. Bu simptomlar obstruksiya ilə bağlıdır. Obstruksiya geri dönəndir.

 

Diaqnoz vaxtında qoyulmasa, və ya müalicə düzgün aparılmasa 1 ildən sonra bronx divarında struktur dəyişiklik baş verir. Bronxial astma ağırlıq dərəcəsindən asılı olmayaraq tənəffüs yollarının xroniki iltihabıdır. 


İltihabın inkişafı nəticəsində xəstədə 4 tipli bronxobstruksiya yaranır:


1.Kəskin bronxospazm

2.Bronx divarının ödemi

3.Bronx divarının seliklə bağlanması-tıxac

4.Bronxların divarının struktur dəyişikliyi


Ən xarakterik simptomlar: ekspirator təngnəfəslik (nəfəsvermənin çətin-ləşməsi) və ya epizodik öskürək tutmaları (əsasən gecələr), uzaqdan eşidilən fitverici xırıltıların yaranması, döş qəfəsində ağırlıq hissi. Xəstəliyin əsas diaqnostik göstəricisi simptomların spontan olmasıdır. Simptomlar gün ərzində dəyişir. Allerqoloji anamnez dəqiq toplanmalıdır.

 

Simptomların mövsümdən asılılığına, ailə anamnezində allergik xəstəliklərin olmasına diqqət etmək lazımdır. Simptomlar dəyişkən olduğundan xəstənin ilk müayinəsində aşkar olunmaya bilər. Kəskinləşmə dövründə ekspirator təngnəfəslik, nəfəsalmada burun qanadlarının gərginləşməsi, oyanıqlıq, fasiləli nitq, köməkçi əzələlərin tənəffüs aktında iştirakı, daimi və ya epizodik öskürək, nəfəsvermədə distansion fitverici xırıltılar xarakterikdir. Pasient astmaya xarakterik məcburi vəziyyət alır və xəstəliyin yüngül gedişlərində normal aktivliyini saxlayır. Diaqnozu dəqiqləşdirmək üçün laborator və instrumental müayinələr aparılmalıdır.


Müalicə


Bronxial astma müalicəyə çətin tabe olur. Bioloji Təbabət bu xəstəliklərə fərqli yanaşır.


1.Həyat tərzinin normallaşdırılması 


- zərərli vərdişlərdən imtina

- hipoallergik qidalanmanın təşkili

- yuxu rejiminin optimallaşdırılması

- fiziki aktivliyin balanslaşdırılması

- psixoloji statusun normallaşdırılması


2. İnsanın immun sisteminin yerləşdiyi əsas orqan olan bağırsağın müalicəsi:


bağırsağın sanasiyası, disbakteriozun aradan qaldırılması, normal mikro-

floranın bərpası


3. Drenajedici orqan və sistemlərin (qaraciyər, böyrək, bağırsaq, dəri, limfa

sistemi) funksiyasının bərpası


4. Toxuma və orqanlarda, xüsusən də tənəffüs sistemində illərlə toplanmış

toksinlərin xaric edilməsi


5. Yanaşı gedən xəstəliklərin və metabolik pozulmaların müalicəsi 

 


Müxtəlif ixtisaslı mütəxəssislərin konsultasiyası: terapevt, allerqoloq-pulmonoloq, nutrisioloq-dietoloq, fizioterapevt-reabilitoloq.


 

 



BİOLOJİ TƏBABƏT KLİNİKASI


Bakı: 3 mkr., Pişəvəri küç. 110 (Cavadxan küç 24), M. Əcəmi m.st yaxınlığında

Tel: (012) / (050) (055) / (070) 430 89 89

www.btk.az

www.facebook.com/bioloji.tababat/

www.instagram.com/bioloji.tebabet/