Sabirabadda "qara yara"ya yoluxan xəstədən XƏBƏR VAR

  • 2019.08.07 10:39
  • 4501 Baxış
Sabirabadda "qara yara"ya yoluxan xəstədən  XƏBƏR VAR

Sabirabadda "qara yara"ya yoluxan 58 yaşlı kişinin vəziyyəti artıq yaxşılaşıb.

 

 
Medicina.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Mərkəzdən bildirilib ki, hazırda müalicəsini davam etdirən xəstə yaxın 1-2 gün ərzində evə buraxılacaq. Xatırladaq ki, Sabirabadda iki nəfər "qara yara"ya yoluxmuşdu. İyulun 25-də xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-da xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib. Qeyd edək ki, "qara yara" heyvandan və torpaqdan yoluxan infeksion xəstəlikdir, insandan insana keçmir.