32 yaşlı həkim məktub yazıb intihar etdi - "Günahkar odur, özümü bağışlaya bilmirəm..."

  • 24 İyl 2019 09:32
  • 13307 Baxış
 32 yaşlı həkim məktub yazıb intihar etdi  -
Bakıda həkim məktub yazıb özünü xəstəxanada öldürdü Medicina.az xəbər verir ki, Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunda laborant işləyən 32 yaşlı Nazim Fəridov iyulun 19-da damarlarını doğrayıb. Onu ağır vəziyyətdə akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar. Həkimlər onun həyatını xilas etsələr də, N.Fəridov özünü öldürməkdə israrlı olub və iyunun 22-də özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindən atıb. Aldığı xəsarətlərdən dünyasını dəyişib. N.Fəridov öz evini kirayə verərək qardaşının evində yaşayırmış. İntihar edəndən sonra N.Fəridovun otağınmdan MRT göstəriciləri aşkar ediblər. Məlum olub ki, beynində şiş varmış. Lakin o intihar etməmişdən qabaq məktub yazıb. Məkltubda intihar etməsinə günahkar kimi, Elman adlı həkimin adını yazıb: "O Elman məni bu addıma vadar edib. Özümü bağışlaya bilmirəm...".    Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb. N.Fəridovun dəqiq hansı səbəbdən intihar etməsini istintaq araşdırır.