Evdə təbii ketçup hazırla - RESEPT

  • 30 May, 2019
  • 11842 Baxış
Evdə təbii ketçup hazırla - RESEPT
Satışda olan kimyəvi qatqılı, içində pomidor olmasından belə əmin olmadığınız ketçupları yox, evdə özünüz təmiz hazırladığınız təbii ketçupu ailənizə verin.

Medicina.az asan hazırlanan ketçup reseptini təqdim edir

Ərzaqlar:

Pomidor -3 kq
Alma – 500 qr
Soğan – 250 qr
Duz -1 x.q
Şəkər toz -1x.q
İstiot
Sirkə - 50 ml

Hazırlanması:

Alma, pomidor, soğan orta ölçüdə doğranılıb, yumşalana kimi suda bişirilir. 

Sonra blenderdə qarışdırılıb, duz və şəkər əlavə et. Orda otdda hazır olana kimi bişir. Mütəmadi qarışdır. Hazır olanda istiot və sirkə əlavə et. Oddan götürüb, sterilizə olunmuş bankalara töküb ağzını bağla.