Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı etdirib?

  • 2021.12.27 17:04
  • 3275 Baxış
Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı etdirib?
Xalq artisti Zülfiyyə Xanbabayeva plastik əməliyyat etdirməsi iddiasına cavab verib.

Medicina..az xəbər verir ki, müğənni bu haqda "Söhbət var" proqramında danışıb. İfaçı mədəkiçiltmə əməliyyat etdirmədiyini söyləyib:


"Rahatlığımı sevən adamam, nə istəyirəm yeməliyəm. Çörəksiz yaşaya bilmərəm. Səhər və nahar yeyirəm. Axşam artıq yemirəm. Şirniyyatı yemirəm. Yeməkdən heç nəyi çıxarmamışam. Sadəcə, çox hərəkət edir və üzürəm. Gündə saat yarım dayanmadan üzürəm. Qadınlar var ki, hər gün ac qalır, arıqlamaq üçün əziyyət çəkir. Onları alqışlamaq lazımdır. Mən yeyirəm, amma şox hərəkət edirəm". /axsamşaz.az/