Özündə xəstəlik axtaranlar: Münhauzen sindromu - Psixi pozğunluq...

  • 2017.11.01 15:14
  • 23584 Baxış
Özündə xəstəlik axtaranlar: Münhauzen sindromu -  Psixi pozğunluq...
Elə insanlar var ki, süni olaraq özlərində xəstəlik simptomları yaradır, xəstəliyi stimulə edir, adrenalin çoxluğundan diqqət mərkəzində, həkim nəzarətində olmağı, çoxsaylı tibbi müayinələrdən keçməyi xoşlayır və ya özünü buna hansı səbəblərdənsə məcbur edir. 


Medicina.az xəbər verir ki, xəstəliyi imitasiya edən bu adamlar öz bədən və orqanizmləri ilə müxtəlif eksperimentlər edir, əməliyyata meylli olur, müxtəlif dərmanları, inyeksiyaları sınayırlar. Hazırda dünyada bu sindromdan əziyyət çəkən "pasiyentlərin” sayı artıb. Əslində, həkimlərə belə xəstələr sərf edir: yoxlayır, nəsə yazır, ya nəsə tapır, ya da tapmır. 


Mütəxəssislər bu artımda interneti və axtarış sistemi olan Google-u günahlandırır. Çünki çoxsaylı tibbi məlumatlar, diaqnoz edən proqramlar, simptomlar çox adamı qorxudur, şübhələndirir, insanlar bu simptomları özündə axtarır, həkimlərə inanmır, nəticədə hansısa qorxulu xəstəliyə yoluxacaqlarından ehtiyat edir.  Xəstəlik və simptomların detallı izahı adi insanlar üçün əlçatan olsa da, əslində onlara lazım deyil. Çünki yalnız həkim simptomlardan xəstəlik diaqnozu qoya bilər. İnternetlə özünə diaqnoz qoyub, xəstəxanaya gedən pasiyentləri müalicə edib inandırmaq da çətindir.


Psixiatrlar bu sindroma tutulmuş insanların psixoterapevtik müalicə almasını məsləhət görür. Yoxsa illərlə həkim qapılarında qalıb, bilinməz xəstəlik axtarışında olacaqlar.