10 ildir itən pişik sahibinin ad günündə geri qayıtdı

  • 2026.08.27 09:39
  • 106 Baxış
10 ildir itən pişik sahibinin ad günündə    geri qayıtdı


Bacılar Lucy və Hannah Robertson, pişikləri Çarlinin 10 il əvvəl itkisi ilə çətin barışmışdılar. Nə qədər axtarsalar da, heyvan evə qayıtmadı.


Medicina.az xəbər verir ki, nəhayət, Lucy və Hannah itkiləri ilə barışdılar.

Və bu yaxınlarda, Lucynin ad günündə möcüzə baş verdi. Baytarlıq klinikasının işçiləri bacılarla əlaqə saxlayaraq Çarlinin tapıldığını bildirdilər. Məlum oldu ki, xeyirxah bir şəxs bir müddətdir küçə pişiyini yemləyir, sonra onu tutub klinikaya gətirib.

Pişiyin mikroçipi var idi və bu çip onu müəyyən etmək üçün istifadə olundu.

Beləliklə, Çarli 10 ildən sonra evə qayıtdı.

Aygün Musayeva