Orqanizmi yapışqanlı selikdən təmizləmək üsulu – Çox xəstəliklərin səbəbi budur

  • 26 Avqust, 2019
  • 17872 Baxış
Orqanizmi yapışqanlı selikdən təmizləmək üsulu – Çox xəstəliklərin səbəbi budur
Orqanizmdə müxtəlif orqanların içində və selikli qişasında iltihab və göbələk nəticəsində yapışqanlı, selik kimi axıntı qalığı toplanır.
Selik burun-boğazda, alında, ağciyərlərdə, bağırsaqlarda, limfalarda çox olur.

Bu selik bədəndə qaldıqca yapışır və irinləyir. Orqanizmdə selik artıqlığı tez-tez qrip, infeksion xəstəliklər, öskürək, yuxululuq, apatiya, depressiya, iştahsızlıq, yorğunluq, halsızlıqla özünü büruzə verir.

Medicina.az seliyi qovub çıxartmağın metodikasını təqdim edir.

Ən effektiv metodlardan biri təzə zəncəfil kökünün istifadəsidir. Bunun üçün kiçik kökü təmizləyib, nazik dilimlərə doğrayıb, bir çay qaşığı miqdarında kökü 1 stəkan qaynar suda dəmləyib, soyudub içməkdir. İstəsəniz bal da qata bilərsiz.

Mədə-bağırsağın daxili divarlarına yapışan seliyi təmizləmək üçün sizə qara dənəvər istiot lazımdır. 3-4 ədəd istiotu çeynəmədən udub, üstündən 1 stəkan təmiz su için. 

Bu prosedurları axşam 18-dan sonra yeməkdən sonra edin. Kurs 7 gündür. İldə 2-3 dəfə təkrarlayın.