Moskvalı təqaüdçü klinikalardan birinə görmə qabiliyyətinin pisləşməsindən şikayət edərək müraciət etdi. Müayinə zamanı yetişməmiş, mürəkkəb katarakt və subluksasiya olunmuş büllur aşkar edildi.
Moskva Səhiyyə Departamentinin mətbuat xidməti xəstənin görmə qabiliyyətinin necə bərpa olunduğunu izah etdi.
Medicina.az xəbər verir ki, patologiyaların birləşməsi və 100 yaşlı xəstənin qocalığı müstəsna cərrahi dəqiqliklə əməliyyat tələb edirdi.
Xəstə 15 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilib. Həkimlər kişinin görmə qabiliyyətini bərpa edə biliblər. Xəstəxanadan çıxdıqdan sonra o, həkimlərə yenidən aydın görməsinə icazə verdiklərinə görə təşəkkür edib.
Aygün M