1912-ci ildə doğulmuş kişi – sirrini açdı

  • 2025.10.09 10:00
  • 201 Baxış
1912-ci ildə doğulmuş kişi  – sirrini açdı

113 yaşlı braziliyalı uzun ömür sürməyin sirrini açıb.

Mariho Neto 5 oktyabr 1912-ci ildə anadan olub.

Oktyabrın 5-də onun 113 yaşı tamam oldu.

“Medicina” xəbər verir ki, onun fikrincə, uzun ömür sürməyin sirri yanında sevdiklərinin olmasıdır. Neto, həyatını həqiqətən yaxşı insanların əhatəsində yaşadığını iddia edir.

Neto 1912-ci ildə Braziliyanın Seara əyalətinin Maranguape şəhərində fermer ailəsində anadan olub. Dörd yaşında atasına kömək etməyə, heyvanlara qulluq etməyə və meyvə yığmağa başladı.

Josefa Albano dos Santos (1920-1994) ilə ilk evliliyindən dörd övladı var idi. İkinci evliliyində Antonia Rodrigues Moura ilə daha üç övladı doğulub. 2024-cü ilin noyabrına olan məlumata görə, Netonun altı uşağı sağ idi. Onun 22 nəvəsi, 15 nəticəsi və üç kötücəsi olub.

Neto bütün həyatı boyu fermer olub. Qarğıdalı və lobya yetişdirir, keçi, donuz və toyuq saxlayıb. Neto 2024-cü ilin noyabrında 112 yaş 52 günlük yaşayan ən yaşlı insan kimi tanınaraq Ginnesin Rekordlar Kitabına düşüb. Əvvəlki titul britaniyalı Con Tinnisvuda məxsus idi, onun da ölümü 2024-cü ilin noyabrında elan edildi. Tinnisvud həmin ilin avqustunda 112 yaşı tamam oldu.

Adam uzunömürlülüyünü ancaq şansla əlaqələndirib. O, həmçinin qeyd edib ki, gənclik illərində keçirdiyi aktiv həyat tərzi onun belə yüksək yaşa çatmasına kömək edib.

"Ya çox yaşayırsan, ya da az yaşayırsan və bununla bağlı edə biləcəyin bir şey yoxdur. Yaşımı hiss etmirəm, narahat deyiləm. Yəqin ki, ona görə çatmışam. Nəyə görə bu qədər uzun yaşadığım barədə heç bir fikrim yoxdur. Heç bir xüsusi sirri yadıma sala bilmirəm. Gəncliyimdə kifayət qədər aktiv idim, çox gəzirdim".


Aygün Musayeva