20 apreldən sonra karantin rejiminin uzadılmasına ehtiyac görürük – TƏBİB RƏSMİSİ

  • 2020.04.15 17:40
  • 5792 Baxış
20 apreldən sonra karantin rejiminin uzadılmasına ehtiyac görürük  – TƏBİB RƏSMİSİ


"Epidemioloji analizlər və müşahidələrimiz əsasında biz karantin rejiminin uzadılmasının qaydalarını hazırlayıb, operativ qərargaha təqdim edəcəyik".

Medicina.az xəbər verir ki, bu sözləri hazırda davam edən Operativ qərargahın brifinqində Təbib rəhbəri Ramin Bayramlı bildirib.

“Açığı, karantin rejiminin uzadılmasına ehtiyac görürük və bunu açıq vurğulayıram. Karantin rejiminin tədricən sonlandırılması növbəti uzadılmadan sonra baş verə bilər və yəqin ki, bu müdət uzadılacaq”
Karantin rejiminin dəqiq nə vaxt bitməsi subyektiv qərardan asılı deyil.