4000 il öncə dərman kimi istifadə olunurdu- İndi də əlimizin altındadır, lakin....

  • 2019.11.26 15:19
  • 17732 Baxış
4000 il öncə dərman kimi istifadə olunurdu-  İndi də əlimizin altındadır, lakin....

Hazırda adətən şokolad halında istifadə edilən
kakaonun çiy halındakı faydaları saymaqla bitmir. Maqnezium baxımından da digər
qidalardan daha zəngin olan kakao bir çox xəstəliyin dərmanıdır.

Medicina.az xəbər verir ki, kakao tərkibli
şokoladlarda immunitet sistemi üçün çox vacib olan sink vardır. Bundan əlavə
şokoladda B və C vitaminləri var.

Həmçinin
kakao özündə xroniki hala gələn streslə mübarizə üçün ən faydalı element olan
kaliumu ehtiva edir. Əgər depressiyadasınız və davamlı olaraq acırsınızsa kakao
yeməyi yoxlayın.

Kakao xoşbəxtlik hissi verən hormonları işə salır və iştahı nəzarət altında saxlayır. Hələ 4 min il
əvvəl Mayalılar tərəfindən dərman kimi istifadə olunan kakaonun tərkibində
vitamin və minerallar vardır.

Bədəndə
iltihabın qarşısını alır. Kakao tərkibindəki antioksidantlar vasitəsilə xərçənglə
mübarizə aparır. Yaşıl çayla müqayisədə
3 qat daha çox antioksidan maddələr sahibdir. Zəngin bir
kalsium mənbəyi olan kakao, sümüklərin güclü olmasını təmin edir.

Kakaonun tərkibində
çox miqdarda mis var. Mis, bədənin dəmir qəbulunba kömək edir.Bu da dəri, damarlar və toxumalar üçün faydalıdır. İmmunitet
və reproduktiv sistem üçün faydalı olan çoxlu dəmir və sink kakaoda birləşir .

Bədəndəki
daxili orqan əzələlərini rahatlatmaqla damar tıxanmasının qarşısını alır. Kakos
yağından günəşin zərərli şüalarından qorunmaq üçün istifadə edə bilərsiniz.

Əgər şokoladdan
faydalanmaq istəyirsinizsə, yeyəcəyiniz məhsulun kakao tərkibinə diqqət yetirməlisiniz.