Ağ və qara üzümün hər ikisi vitamin, mineral, lif və antioksidantlarla zəngindir.
Medicina.az xəbər verir ki, lakin qida dəyəri baxımından qara üzümün cüzi üstünlüyü olduğu bildirilir.
Mütəxəssislərin sözlərinə görə, qara üzümün tərkibində antosianin və resveratrol kimi antioksidantlar daha çoxdur. Bu maddələr orqanizmi sərbəst radikalların təsirindən qorumağa və ürək-damar sağlamlığını dəstəkləməyə kömək edə bilər.
Şəkər və kalori baxımından isə iki üzüm növü arasında ciddi fərq yoxdur. Ağ üzüm bəzi hallarda kalium və B9 vitamini baxımından daha zəngin ola bilər.
Mütəxəssislər bildirirlər ki, hər iki üzüm növü sağlam qidalanmanın bir hissəsi ola bilər.
Xanım,
Medicina.az