Ağrı olmadan başlayır: Döş xərçənginin gizli əlamətləri

  • 2026.08.27 19:38
  • 201 Baxış
Ağrı olmadan başlayır: Döş xərçənginin gizli əlamətləri

Döş xərçəngi ilkin mərhələlərdə çox vaxt ağrı vermədən və nəzərəçarpacaq əlamətlər olmadan inkişaf edə bilər. Mütəxəssislər bildirirlər ki, döşdə yaranan ağrısız düyün, dərinin görünüşündə dəyişiklik və ya məmə ucunda dəyişiklik diqqətdən kənarda qalmamalıdır.

Medicina.az xəbər verir ki, xəbərdarlıq əlamətləri arasında döş və ya qoltuqaltında bərk düyün, döşün formasının və ölçüsünün dəyişməsi, dəridə “portağal qabığı” görünüşü, qızartı, şişkinlik, məmə ucunun içəri çəkilməsi və ya qanlı axıntı yer alır.

Mütəxəssislər bildirirlər ki, bu əlamətlərdən hər hansı biri uzun müddət davam edərsə, yaşdan asılı olmayaraq həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz döş xərçəngi ilə mübarizədə böyük əhəmiyyət daşıyır.

Xanım,
Medicina.az