Alimlər “narkotik ərzaqların” siyahısını hazırladı – Uşaqlara yedizdiririk!

  • 2019.12.17 16:29
  • 12813 Baxış
Alimlər “narkotik ərzaqların” siyahısını hazırladı –  Uşaqlara yedizdiririk!
ABŞ-ın Miçiqan Universitetinin alimləri şagird və tələbələr tərəfindən çox istifadə olunan qidalar arasında narkotik kimi asılılıq yaradanlarını seçiblər.


Medicina.az xəbər verir ki, “narkotik ərzaqlar” adlandırılan siyahıda tərkibində karbohidratla yağların 2:1 nisbətdə olan qidalar yer alıb. Alimlər qeyd edir ki, belə tərkib eynilə ana südündə olduğu kimidir. Lakin bu tərkibi uşaq yalnız südəmər vaxtında almalıdır.

Xüsusi şkala üzrə qiymətləndirilən 35 ərzaq içində ilk yerlərini südlü şokolad, dondurma, pirojna, çips, kartof fri, pitsa, qazlı şirəli içkilər, burqer və popkorn tutub.

Alimlər bildirir ki, 3-7 yaş ərəfəsində beyin qidadan aldığı həzz və dadı yadda saxlayır və uşaq böyüdükcə bu dadı verən qidaları istəyib, digər dadları bəyənmir və daha sağlam ərzaqları yemir.