Körpənin damağında ağ düyünlər nədir? - Pediatr açıqladı

  • 07 Avqust, 2019
  • 7166 Baxış
Körpənin damağında ağ düyünlər nədir? - Pediatr açıqladı
Sizin də övladınızda şəkildə olduğu kimi, damağında ağ rəngli nöqtə və ya civzə var?

Hər bir ana uşağının doğulduğu gündən onun bütün bədənini müşahidə edir, onun bütün anadangəlmə xallarını, büküşlərini,  ləkələrini. İstənilən kənaraçıxma və ya yenı civzələrin çıxması onlarda həyəcan və narahatlıq yaradır.

Medicina.az xəbər verir ki, analarda böyük maraq oyadan belə hissələrdən biri – damaqdır. Uşağın damağında qovuqcuq, nöqtələr, düyüncüklər yarana bilər. Analar bunu görən kimi həmən panikaya düşürlər.

Bu barədə pediatr Tərlan Eyyubov məlumat verərək deyib :fotoda gördüyünüz Bon düyüncükləridir (Bohn's nodules). Bəzən həkimlər bunu irinli kistalarla səhv salirlar. Amma kistlər 6 ayadək uşaqlarda çox nadir hallarda olur.
 
Bu düyüncüklər selikli qişa vəzilərinin qalıqları olub, ölçüləri adətən 1-2 mm böyüklüyündədirlər. Onlar uşaq orqanizminə təhlükə törətmir, uşağa mane olmur, müalicə tələb etmir və anadan olandan sonra bir neçə həftəyə öz-özünə keçib gedirlər.