“Anamı itirmək istəmirəm, sadəcə bir kateter əməliyyatı onu xilas edə bilər” – 2 atasız uşaq böyüdən qızdan FƏRYAD – FOTOLAR

  • 2020.05.18 14:39
  • 5720 Baxış
 “Anamı itirmək istəmirəm, sadəcə bir kateter əməliyyatı onu xilas edə bilər”  – 2 atasız uşaq böyüdən qızdan FƏRYAD – FOTOLAR

Aytac Həbibullayeva 2 azyaşlı uşaq anasıdır, özü tələbədir. Çox imkansız ailədə çətinliklə də olsa yaşayır. Həyat yoldaşını itirib, uşaqlarını atasız böyüdür.

Amma onun ən böyük problemi illərdir dializ xəstəsi olan anasının durumu ilə bağlıdır.

Anası Əhədova Xatirə barədə saytımızda geniş məlumat vermişdik.

İllər öncə hər iki böyrəyi imtina edən qadın dializ xəstəsidir. Böyrək köçürülməsi üçün həyat yoldaşı Arif Əhədov böyrəyini verməyə hazır idi. Amma təəssüf ki, transplantoloqlar ailənin bu ümidini də əllərindən aldı.

Qadının böyrək damarları kateter taxılması zamanı tamam tükədilib, zədələnib və yararsızdır. Ona görə ybu əməliyyat gerçəkləşə bilməz.

Amma bir çıxış yolu var: uzunmüddətli kateter yerləşdirilməsi əməliyyatı.

Medicina.az xəstənin qızı Aytacın son əlac üçün müraciətini təqdim edir:

“Biz illərdir anamızı itirməmək üçün hər şey etdik. Hazırda özüm atasız 2 uşaq böyüdürəm. Atam anamı xəstəxanaya, dializə aparıb gətirdiyi üçün heç yerdə normal işləyə bilmir. Çünki həftədə 2-3 dəfə anamla məşğul olur.

Maddi vəziyyətimiz tükənib. Həkimlər anamın bundan sonra ancaq bir metodla normal dializ alıb yaşaya biləcəyini dedilər. Uzun müddət istifadə oluna biləcək kateter əməliyyatı. Əlimizdə bir qəpiyimiz yoxdur. Bu əməliyyat üçün 2000 manat vəsait lazımdır.

Çox çarəsizik və anamız hələ cavandır, onu gözümüz görə -görə itirmək istəmirik. . Mən xalqımızdan az da olsa yardım istəyirəm. Çünki umacağım yer qalmayıb”.

Əhədova Xatirəyə dəstək üçün hesab nömrəsi açılıb.
Əgər bu hesaba 5-10 manat da olsa yardım edənlər olsa, məbləğ yığılar.
Xanıma birbaşa yardım etmək istəyənlər üçün də telefon nömrəsi təqdim edirik:

Hesab:
Bank Respublika
380194401257494201
Şəxsiyyət vəsiqəsinin seriyası bu yazılmalıdır:
AA1162343

Əlaqə üçün Telefon: 050 392 72 79






 “Anamı itirmək istəmirəm, sadəcə bir kateter əməliyyatı onu xilas edə bilər”  – 2 atasız uşaq böyüdən qızdan FƏRYAD – FOTOLAR