Niderlandda aparılan araşdırma ana südünün yağ turşularının tərkibi ilə ananın qidalanması arasında əlaqə olduğunu göstərib.
Medicina.az xəbər verir ki, 109 ana və körpənin iştirak etdiyi tədqiqatda ananın omeqa-3 və omeqa-6 ilə zəngin qidalar qəbul etməsi ana südündə bu yağ turşularının səviyyəsinin artması ilə əlaqəli olduğu müəyyən olunub. Xüsusilə balıq və dəniz məhsullarının istehlakı südün DHA və EPA tərkibinə təsir göstərə bilər.
Araşdırmada həmçinin daha çox lif qəbulunun ana südündə faydalı çox doymamış yağ turşularının səviyyəsinin yüksəlməsi ilə əlaqəli olduğu müəyyən edilib.
Alimlər qeyd edirlər ki, nəticələr ana qidalanmasının südün yağ tərkibinə təsir göstərə biləcəyini göstərir. Lakin tədqiqatın kiçik iştirakçı qrupu və digər məhdudiyyətləri səbəbindən nəticələri təsdiqləmək üçün daha geniş araşdırmalara ehtiyac var.
Xanım,
Medicina.az