Armud alarkən bu 2 detala diqqət edin

  • 2026.08.26 19:00
  • 97 Baxış
Armud alarkən bu 2 detala diqqət edin

Armudun yetişib-yetişmədiyini müəyyən etmək üçün əsasən iki məqama diqqət etmək kifayətdir: qoxusu və saplağa yaxın hissəsinin yumşaqlığı.

Medicina.az xəbər verir ki, armudun saplağa yaxın hissəsinə baş barmaqla yüngülcə basdıqda meyvə bir qədər yumşaqdırsa, deməli, artıq yetişib. Həmin hissə çox bərkdirsə, armudun yetişməsi üçün vaxt lazımdır. Barmaq çox asanlıqla içəri girirsə, meyvə həddindən artıq yetişmiş ola bilər.

Yetişmiş armudları soyuducunun tərəvəz bölməsində saxlamaq, bərk armudları isə otaq temperaturunda, günəşdən uzaq yerdə yetişdirmək tövsiyə olunur. Yetişmə prosesini sürətləndirmək üçün armudları alma və ya bananla birlikdə saxlamaq da mümkündür.

Xanım,
Medicina.az