Aspirin həzm orqanları xərçənginin qarşısını alır

  • 2020.04.19 15:47
  • 2011 Baxış
Aspirin həzm orqanları xərçənginin qarşısını alır

Müəyyən müddət az dozada aspirin qəbulu mədə, bağırsaq, qida borusu və mədəaltı vəz şişlərinin yaranmasını azaldır.

Medicina.az xəbər verir ki, bu mövzuda Milan İnstitutunun onkologiya bölməsində Mario Neqrinin rəhbərliyi ilə elmi tədqiqat aparılıb.

Araşdırmada 2019-cu ildə aspirinin təsirinə aid aparılan 113 elmi tədiqiqatın yekunları toplanıb.

Onlardan 45 araşdlrma bağırsaq xərçənginə həsr olunmuşdu. Digərləri isə mədədən tutmuş qaraciyər, ödə kimi əhatə edirdi.

Təhlildən sonra gəlinən nəticədə yazılıb ki, müntəzəm olaraq az dozada aspirin qəbulu, yəni həftəyə 1-2 tablet həzm orqanlarında bir çox xərçəng növlərinin riskini azaldır.

Məsələn, bağırsaq xərçəngi 27%, qida borusu 33%, mədə xərçəngi 36%, mədəaltı vəz 22% daha az xərçəngə tutulur.

Alimlər bu qənaətə gəlib ki, müntəzəm aspirin qəbulu 50-74 yaş arası həzm orqanları xərçəngini 12-18000 nəfər azalda bilər.
Daha bir tədqiqat sübut edib ki, gündə 75 mq aspirin qəbul edənlərdə bağırsaq xərçəngi 10% az rast gəlinir, nəinki heç qəbul etməyənlərdə.

Gündə 325 mq doza isə bağırsaq xərçəngi riskini 35% azaldır.

Belə təsir həm də insann neçə müddət aspirin qəbul etməsindən də aslıdır. Belə kii, illərin çoxluğu qorunmanı artırır. Məsələn, 10 il aspirin qəbul edənlərdə azalma 29%-dir.


Ona görə də pasiyentlərə 40 yaşından sonra aspirini müəyyən doza ilə təyin etmək məsləhətdir.