Astma tutması zamanı ilk yardım – Əl altında inhalyator yoxdursa?

  • 2019.08.09 17:30
  • 24927 Baxış
Astma tutması zamanı ilk yardım –  Əl altında inhalyator yoxdursa?

Astma boğulmaları zamanı nəinki xəstə özü dəhşətli anlar yaşayır, həmçinin ətrafı, doğmaları əzab keçirir və nə edəcəyini bilmir. Xəstənin ilk dəfə güclü astma tutması olubsa və ya dərmanı, inqalyatoru yanında deyilsə, bu ölüm-dirim savaşında ilk yardım necə olmalıdır?


Medicina.az xəbər verir ki, yaxınınızda kimdəsə astma tutma –boğulmasının başladığını görəndə təbii ki, ilk öncə təcili yardımı çağırırsız.


Daha sonra xəstənin yaxasını, düyməsini, kəmərini açır, bol hava axını təmin edirsiz. Qapalı məkandadırsa pəncərə qarşısına gətirilir və ya çölə çıxarılır.

Çaydandan isti suyu hər hansı qaba töküb, ayaqlarını ora salırsız


Xəstənin burnu qarşısına isti sudan çıxan buxar tüstü tutursuz

Tez antihistamin bir dərman verilir: ketotifen, fenistil və ya suprastin


Hələ də ağır nəfəs alırsa, onu əyləşdirir, gövdə hissəsini irəli əyir və ovuclarını döşəməyə toxundurmalısız. Bu poza panikanı azaldıb, tənəffüsü yüngülləşdirəcək. 


Kofein tərkibli istənilən içkini içə bilər, hətta energetik içki də. Tünd qəhvə yerinə düşər

 


Astma tutması zamanı ilk yardım –  Əl altında inhalyator yoxdursa?