Autohemoterapiya – xəstənin öz qanı ilə müalicə

  • 2018.02.26 17:26
  • 46163 Baxış
Autohemoterapiya – xəstənin öz qanı ilə müalicə
Ağır xroniki və hüceyrə fazasında olan xəstəliklərdə tətbiq olunur


İlk dəfə 1964-cü ildə, Baden-Badendə, Homotoksikologiya Cəmiyyətinin konqresində hüceyrə fazasında olan xəstəliklərdə, autoaqressiv patologiyalarda (məs:xroniki poliartritdə) rekkeveq üsulu ilə aparılan autohemoterapiya haqqında ətraflı bəhs olunmuşdur. 


Autohemoterapiya zamanı pasiyentin öz qanı suis orqan və digər müxtəlif homeopatik preparatlarla qarışdırılaraq potensiyalaşdırılır və daha sonra əzələ daxili, yaxud vena daxilinə yeridilir.


Müxtəlif durulaşmalarda aparılan pilləli autohemo terapiya hələ Haferkamp tərəfindən tətbiq olunmuş və sonralar rekkeveq tərəfindən praktik istifadə üçün modifikasiya edilmişdir. Qan müxtəlif homotoksinlər üçün nəqliyyat vasitəsi olduğuna görə preparatlarla qanın homeopatik potensiyalaşdırılması güclü antihomotoksik effekt yaradır. Terapiyanın effektini gücləndirmək və zədələnmiş orqanları müdafiə etmək məqsədi ilə müəyyən müddət ərzində suis orqan preparatlarından istifadə olunur. Suis orqan preparatları zədələnmiş hüceyrələri bərpa edərək və antigen xarakter daşıyan homotoksinlərlə bağlı ferment blokadaları və zədələnmələri aradan qaldıraraq spesifik antitellərin yaranmasını aktivləşdirir. Bəzi hallarda homotoksinlərin təsiri ocaqlı zədələnmə xarakteri daşıya bilər. Bu halda pasiyentin öz qan damlası vasitəsilə qanda sirkulyasiya edən antitellər və qan zərdabının vacib komponentləri potensiyalaşdırılaraq təkrarən xəstəyə yeridilir. Erlix nəzəriyyəsinə görə, komplement antigen-antitel reaksiyasını stimulyasiya edərək homotoksinləri birləşdirib homotoksona çevirir və beləliklə, orqanizmin detoksikasiyasına səbəb olur.

 


Pasiyentin öz qanının müxtəlif dərəcəli potensiyaları ümumi və yerli immunitetin stimulyasiyası məqsədilə bilavasitə zədə nahiyəsinə də (məs: artrit zamanı zədələnmiş oynaq nahiyəsinə) yeridilir. Bu zaman sağalmaya səbəb iltihabi proseslərin yenidən aktivləşdirilməsi və antigen-antitel cavab reaksiyalarıdır. İmmunlaşmanın daha uzunmüddətli və dayanıqlı olması üçün qanın dəri daxilinə yeridilməsi yolu da məlumdur (bu cür effekt profilaktik peyvəndlərdən bəllidir ). Çox güman ki, bu effekt onunla əlaqəli olur ki, məhz bədənin ən böyük orqanı olan dəridə immunoloji reaksiyalar və çoxsaylı allergik proseslər (ekzema, övrə, neyrodermit və s.) baş verir. Beləliklə, potensiyalaşdırılmış allergenlərin dəri daxilinə yeridilməsi (bunlara homeopatik vasitələr, suis orqan preparatları, qanı aid etmək olar) orqanizmin detoksikasiyasına səbəb olaraq sağalmanı şərtləndirir. Məhz bu mexanizmlər səbəbi ilə preparatların dəri daxilinə yeridilməsi zamanı davamlı effektə nail olmaq mümkündür. Həmçinin, potensiyalaşdırılmış qanın kompleks antihomotoksik preparatlarla birgə yeridilməsi ocaqlı proseslərə təsir etməyə imkan yaradır (məsələn, Chelidonium homaccord- qaraciyər zədələnməsi zamanı, Cralonin – ürək-damar xəstəlikləri zamanı və.s).

 


 Bu kurs bir gün ərzində , bir seansda və ya bir neçə gün ərzində təyin oluna bilər. Bu zaman hər pasiyentə onun potensiyalaşmış qanının (yəni durulaşdırılmış qanın) yeridilməsi əsas şərtdir. Əks halda, pasiyentdə xoşagəlməz reaksiyalar və hətta, anafilaktik şok da yarana bilər.

Pasiyentin potensiyalaşdırılmış öz qanı ilə pilləli autohemoterapiyaya başlamamışdan əvvəl suis-orqan preparatları təyin etmək lazımdır. Bu cür preparatlar müntəzəm və ya vaxtaşırı olaraq həftədə 1-2 dəfə ə/d, v/d, d/d istifadə oluna bilər.

 



Bioloji Təbabət klinikası: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), Memar Əcəmi metrosunun yaxınlığında


•Tel.: (012) / (050) / (055) / (070) 430 89 89