Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Alimlər mədə xorasının 1 vitaminlə müalicəsini tapdılar

  • 2025.01.27 15:38
  • 1088 Baxış
Alimlər mədə xorasının 1 vitaminlə    müalicəsini tapdılar


Rusiya alimləri mədə xorası müalicəsi və yaranmasının qarşısını alan yeni kəşf ediblər.


“Medicina” xəbər verir ki, Dövlət Universitetinin əczaçılıq fakültəsinin alimləri müəyyən ediblər ki, B5 vitamininin törəməsi mədə-bağırsaq traktının qoruyucu funksiyasını bərpa edir və xoraların əmələ gəlməsinin qarşısını alır.


Alimlər qastroprotektorların yaradılması üçün yeni komponentlərə, o cümlədən vitamin kimi maddələrə və onların törəmələrinə xüsusi diqqət yetirirlər. Məsələn, son illərdə alimlər D, A vitaminlərinin və hətta vitamin C vitamininin əvvəllər məlum olmayan bir çox xüsusiyyətlərini aşkar ediblər.

“B5 vitamininin törəmələrindən biri (pantotenik turşu) mədə-bağırsaq xəstəliklərinin müalicəsində perspektivli ola bilər.

Bu birləşmənin xassələrinin çoxdan məlum olmasına baxmayaraq, onun tibbdə istifadəsi onun multivitaminlərdə istifadəsi və xarici istifadə ilə məhdudlaşır” - Voronej Dövlət Universitetinin Farmakologiya və Klinik Farmakologiya kafedrasının müdiri, tibb elmləri doktoru Anna Buzlama deyib.


Aygün Musayeva