Çox ac qalmaq öddə daş əmələ gətirir

  • 2024.05.29 22:18
  • 943 Baxış
Çox ac qalmaq öddə daş əmələ gətirir
Ac qalmaq və saatlarla heç nə yeməmək öd kisəsinin düşmənidir.


“Medicina” xəbər verir ki, rusiyalı həkimlər Yelena Malışeva və İqor Qorodokin acqalmanın ödə zərərindən danışıb.


“Hazırda interval aclıq deyə dəbə düşən qidalanma var. İnsanlar sağalmaq, arıqlamaq üçün buna can atır.


Amma uzun fasiləli ac qalmaq öd kisəsinin vəziyyətini pisləşdirir. Aclıq öd kisəsində daşlar əmələ gətirir. Yemək arasında fasilə nə qədər uzundursa, daş əmələ gəlmə bir o qədər çox yaranır.


Sİz uzun müddət ac qalanda, öd kisəsi öd şirəsi ilə dolur, o isə qida olmadığı üçün çöküntüyə çevrilir, onda olan xolesterin əvvəlcə qum, sonra daşa çevrilir.

Öd kisəsində daş əmələ gəlməsinə digər səbəblər az maye qəbulu, oturaq həyat və orqanizmdə xolesterin çoxluğudur”.


Aygün Musayeva