Azərbaycanda daha 14 şagird və 4 işçi koronavirusa yoluxdu

  • 2020.10.13 17:26
  • 1958 Baxış
Azərbaycanda daha 14 şagird və 4 işçi koronavirusa yoluxdu

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən Medicina.az-a bildirilib ki, 13 şagirdin hərarəti 3 dərəcədən yuxarı olub.

Daha 14 şagird və 4 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçmiş siniflərin sayı isə 2, məktəblərin sayı isə 4-dür.

Əyani təhsilə qaytarılmış siniflərin sayı 5-dir

İndiyə qədər ölkə üzrə 24 məktəb, 52 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.