Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı

  • 2020.05.16 15:19
  • 3141 Baxış
Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günə olan məlumatı açıqlanıb.


Medicina.az xəbər verir ki, Azərbaycan Respublikasında bu günə 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılıb.