Azərbaycanda koronavirusa yoluxmuş LOR cərrah ölümdən belə xilas edildi – “Həkimləri çarəsizlikdən ağlayırdı”

  • 2020.05.09 17:15
  • 7874 Baxış
Azərbaycanda koronavirusa yoluxmuş LOR cərrah ölümdən belə xilas edildi  – “Həkimləri çarəsizlikdən ağlayırdı”


Azərbaycanda LOR cərrah İlqar Əzimov xəstəsinin boğazını müayinə edərkən, onun koronavirus olduğunu bilmədiyindən özü də virusa yoluxmuşdu.

Virusun ağırlaşmasından ikitərəfli pnevmoniya olan həkim təcili koronaviruslu xəstələrin müalicəsi üçün açılmış Yeni Klinikaya çatdırılmışdı.

Medicina.az xəbər verir ki, bu barədən onun kolleqası, anestezioloq –reanimatoloq Şahin Məmmədov geniş məlumat verib.

Belə ki, hipoksiyada, ağır tənəffüs çatışmazlığında olduğu üçün xəstəyə dərhal süni tənəffüslə CPAP verildi. Lakin cpap kömək edə bilmədiyi üçün intubasiya edilərək, tam olaraq süni tənəffüsə keçirildı. İlqar Əzimov 1 həftədən çox süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq pnevmoniya olduğuna görə hətta süni tənəffüs aparatı qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100% oksigen ve yüksək PEEP verilməsinə baxmayaraq, saturasiya 62-72h % idi. C reaktiv zülal 600-dən yuxarı qalxmışdı.

“Real ölüm təhlükəsinə baxmayaraq, həkimlər gecə-gündüz dayanmadan çalışdı. Həkim kolleqalarının həyatda qalması üçün bütün klinika səfərbər olundu.

Hətta mübarızədə iştrak edən qadın həkimlərin aparılan tədbirlərin effektsiz olduğunu gördükcə ağladığının şahidi olduq. Azərbaycanda həmin vaxtlar həkim ölümü yox idi, ilk həkim ölümü qeydə alına bilərdi deyə klinika rəhbərliyindən xırda medpersonala qədər hamı bütün gücünü ortaya qoydu.

Aparılan tədbirlər öz müsbət effektlərini verməyə başlayanda, sevincimizin həddi hüdudu yox idi.

Süni tənəffüsdən ayrıldıqda, onun müalicəsində ciddi əməyi olmuş Tibb üzrə fəlsəfə doktoru, dosent, reanimatoloq Kəmalə Namazova sevincindən göz yaşları saxlaya bilmədi.

Cərrah dostumuzu xilas etmək üçün öz canlarını real təhlükəyə atmış bu komandanın qəhrəmanlarını siz də tanıyın. Sizinlə fəxr edirik və qürur duyuruq! Hər biriniz ən gözəl sözlərə layiqsiz!

Yeni klinikanın baş həkimi, Azərbaycanda ən gənc yaşda Tibb Elmləri doktoru olmuş professor Pərviz Abbasovun rəhbərliyi ilə bu müharibədə vuruşmuş və qalib gəlmiş həkimlərin siyahısını təqdim edirik:

Reanimatoloqlar:

Vüsal Nəbiyev (könüllü reanimatoloq anestezioloq)
Kəmalə Namazova (Tibb üzrə fəlsəfə doktoru, dosent, könüllü reanimatoloq)
Lalə Həsənova (Tibb üzrə fəlsəfə doktoru, Eksperimental Cərrəhiyyə İnistitunda Kardioreanimasiya şöbəsi müdiri)
Şahmərdan Danyalov (könüllü kardio reanimatoloq)

Dayaq Əhmədli (könüllü kardio reanimatoloq)
Leyla Məmmədova (könüllü kardio reanimatoloq)
Vasif Əliyev (könüllü uzman infeksionist)

Cəsur tibb bacıları, görünməyən tibb personalı, əməyi keçən bütün tibb işçiləri.

Bu gün Azərbaycan həkimləri tərəfindən yenidən həyata qaytarılan İlqar doktor xəstəxanadan evə yazılır".