Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz - Körpəyə konkret süni qida yazılır- FOTO

  • 2019.11.01 18:24
  • 53255 Baxış
Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz  -  Körpəyə konkret süni qida yazılır- FOTO
 Bakıda Vital klinika ilə adı ilə fəaliyyət göstərən özəl müəssisənin doğum şöbəsinin burda doğuş edən gənc analara payladığı Təlimat vərəqi qalmaqala və etiraza səbəb olub. Belə ki, klinika anaya faydalı məlumatlar təlimatında sonda konkret olaraq Frisko GOLD süni qidasının adını yazaraq, uşağa bunu verməyi tövsiyyə edib. 

 

Medicina.az xəbər verir ki, son günlər doğum evlərinin uşaqlara ana südü yox, süni qidaları məcburi verməsi ilə uşaqların səhhətinə, gələcəyinə vurduğu zərər barədə sas-küylü müzakirələr bir çox gənc anaları narahat etməyə başlayıb.

 

Vital klinikada yenicə doğum edib çıxmış gənc ana ona verilən təlimat vərəqini oxuyaraq dəhşətə gəlib və bunu ana südü təbliği ilə bir neçə klinikanın adını çəkən pediatr Aytən İsmayılzadəyə göndərib. Aytən İsmayılzadə Vital Klinikanın guya körpənin dilindən anaya "mənə nələr lazımdır" təlomatını paylaşaraq, bunun ən azı  cinayət olmasını bildiriib.

 

 


 

 


 

"Bu lap ağ oldu ... Vallah ağ elədiniz .. bu qədər də yox. Uşağın adından onun özünə təyinat yazır....sona kimi baxın.." ana südü yetməsə filan suni qida"....


Arasdirdim.. Vital klinikasında neanotologiya şöbə müdiri olduğunu deyən olmadı. İki neanotoloq olduğunu bildirdilər : Xatirə Hacıyeva və Mətanət Kərimova 

 

Və bu cur təlimat vərəqi hər doğan anaya verilir.  Axı niyə .. Sizin nə işinizə qalıb ki, südü azalsa nə verəcək. Bunun üçün sahə həkimi var...

 

Sahə həkimi də gözünü firmadan gələn pula diksə, onda heç nə... Sizə nə düşüb südü çatmayanda filan smesi ver deyirsiz.

 

Faydalı məlumatlar bölümünə yerləsdirirsiz k,i ana atmasın. Hər gün olmasa da hərdən görsün. Və bir gün "hər ehtimal alim evdə olsun "desinlər ,sonra uşaq gecə ağlada ana "bəlkə doymur" deyib hazırlayıb versin. Beləcə istəyiniz həyata keçsin.


Doğum evində nəinki belə yaddaş vereqi verilir həm də hər doğulan körpəyə ilk olaraq birbaşa süni qida verilir.


UNİCEF-in Azərbaycandaki nümayəndəliyi qeyd edib ki ,Azərbaycanda ana südü ilə bəslənmə çox aşağı səviyyədədir. Niyə görəsən deyə soruşsalar bunu göstərin. Bu cür hallar davam etdikcə bundan da aşağı səviyyəyə düşəcək..


Bu yaddaş vərəqi isə mənə 14 gündür doğum edən bir ana tərəfindən təqdim edilib.


Aranızda Vital klinikasında doğum edəcək olan varsa bu cür təlimat vərəqini cırıb üstlərinə atmağınizi tövsiyyə edərdim, əziz xanimlar.!

Paylaşın, bəlkə Unicef nümayəndəliyinə də çatdı.. Vitalın özünə catmaginda bir məna görmürəm.

 


Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz  -  Körpəyə konkret süni qida yazılır- FOTO
Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz  -  Körpəyə konkret süni qida yazılır- FOTO
Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz  -  Körpəyə konkret süni qida yazılır- FOTO
Bakıda özəl klinikanın doğum şöbəsinə etiraz  -  Körpəyə konkret süni qida yazılır- FOTO