Balığın qurumadan, yumşaq və şirəli qalması üçün düzgün bişirmə üsulunun seçilməsi vacibdir.
Medicina.az xəbər verir ki, yüksək temperatur balığın zərif ətinin qurumasına səbəb ola bilər. Sobada, tavada, folqada və ya buxarda bişirmə zamanı bir neçə sadə qaydaya əməl etməklə daha dadlı nəticə əldə etmək mümkündür.
Bildirilib ki, folqada və buxarda bişirmə balığın nəmini qoruyur, tavada bişirərkən isə dərili balığı əvvəlcə dəri tərəfdən qızartmaq məsləhətdir. Zeytun yağı, göyərti və ədviyyatlar isə balığın dadını daha da artırır.
Mütəxəssislər qeyd edirlər ki, düzgün temperatur və bişirmə müddəti balığın ləzzətli alınmasının əsas şərtlərindən biridir.
Xanım,
Medicina.az