Barmaqların qıcolması – Səbəblər, nə çatışmır?

  • 02 Dek 2019 17:22
  • 2028 Baxış
 Barmaqların qıcolması –  Səbəblər, nə çatışmır?

Yəqin ki, çox zaman duşda, hamamda, soyuq havada, gecə yuxuda ayaq barmaqlarınızın quruyub qaxaclaşması, bir-birinə üzərinə çıxıb qıc olması və bir neçə dəqiqə, hətta uzun müddət bu vəziyyətdə qalması sizə tanışdır. Sizin özünüzdən asılı olmadan və nə qədər açmağa çalışsanız da açılmayan barmaqlar sizi panikaya salır.


Medicina.az bu vəziyyətin səbəblərini təqdim edir.

Barmaqlar təzyiq altındadır: Xarici amillər

Barmaqların qıcolmasına səbəb olan xarici amillərə: ayaq, barmaq zədələri, sıxılma, dar ayaqqabı, çox oturmaq, soyuq, donma, ağırlıq, qəfil hərəkətlər, təzə idmanla məşğul olmaq və s. aiddir.
Bu amillər müvəqqəti, ayda ildə bir dəfə təkrarlanan qıcolmalar yaradır, sonra keçib gedir.
Əgər barmaqlarınız hətta oturduğunuz yerdə, isti otaqda da quruyub qıc olursa və bu ayda 4-5-7 dəfə təkrarlanırsa, səbəbləri dərində axtarmaq lazımdır.


Digər daxili patoloji səbəblər:

- Beyində epilepsiya ocaqlarının olması
- Revmatiot artrit
- Bəzi xəstəliklər
- Vitamin, mineral çatışmazlığı

Nə çatımır?

Əzələ spazmı və qıcolması bədənin susuzlaşması, elektrolit balansının pozulması, xəstənin çox maye itirməsi, diareya zamanı da çox rast gəlinir. Kalsium, kalium, maqniy çatışmazlığı da qıcolmalar verir

Kalium əzələ, sinir toxuması, ürəyin əzələləri üçün çox vacibdir. Qanda kaliumun optimal həddi 3,5- 5 mmoldur. Əgər bu göstərici az olarsa, ayaq əzələləri, daban və barmaq qıcolmaları baş verəcək.

Eləcə də maqniy sümük və əzələ toxuması üçün vacibdir. Onun defisiti bədəndə titrətmə, əsmə, yüksək təzyiq, aritmiya, tənəffüsdə çətinlik, kəskin çəki itirilməsi, qıcolmalar verə bilər.

Eləcə də B qrup və D vitamini əskikliyi də barmaqları qıc edir.

Artıq çəkili insanlar, diabet xəstələri, həddən artıq duz qəbul edənlərdə də bu simptom qaçılmazdır.
Əgər bu səbəblərdən bir neçəsi sizdə varsa, barmaq qıcolmalarından xilas olmaq üçün qanda bu vitaminlərin analizini verin, daha sonra kardioloq və nevroloqa müraciət edin